Konate PSJ-nin hədəfində

Konate PSJ-nin hədəfində

PSJ-nin heyətinə qatmaq istədiyi müdafiəçi bəlli olub. Fransa klubu yayda İbrahima Konate ilə güclənmək niyyətindədir.

Parislilər “Liverpul”un müdafiəçisinə Markinyosun əvəzləyicisi gözü ilə baxırlar. Konate də keçidin əleyhinə deyil. Onun müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Fransalı anlaşmanı uzatmaqdan imtina etdiyi üçün “Liverpul”un onu satmağa razılaşacağı gözlənilir.

Qeyd edək ki, Konate cari mövsümdə Premyer Liqanın 18 oyununda 1 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Almeyda Braziliya klubunda

Növbəti yazı

Juninyo zədələndi