Kompani “Bavariya”da
“Bavariya”nın yeni baş məşqçisi bəlli olub. Bu posta Vinsen Kompani təyin olacaq.
Bunu klubun idman direktoru Maks Eberl açıqlayıb. O, bildirib ki, “Börnli”nin sabiq çalışdırıcısını kluba dəvət ediblər. 38 yaşlı belçikalı komanda ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.