Komanın cəhdləri uğursuz alındı
“Bavariya”nın yarımmüdafiəçisi Kinqsli Koman sabiq komanda yoldaşı Benjamin Pavarı “İnter”ə keçməkdən çəkindirib. O, həmyerlisinə Milan klubuna transfer olmamağı məsləhət görüb.
Orta xətt oyunçusu Pavara izah edib ki, bu, həyatda bir dəfə baş verən şans deyil və o, daha bir mövsüm də “Bavariya”da qalıb, sonra gələcəyi ilə bağlı qərar verməlidir. Lakin Pavarı komandada saxlamaq üçün edilən cəhdlər uğursuz alınıb.