Joze Mourinyo: “Komandaya xəyanət etdi”
İtaliya A seriyasının 14-cü turunda “Sassuolo” ilə keçirilən oyun “Roma”nın baş məşqçisi Joze Mourinyonu qəzəbləndirib. Portuqaliyalı mütəxəssis 1:1 hesabı ilə yekunlaşan matçın ardından sərt açıqlama ilə diqqət çəkib.
Çalışdırıcı adını çəkmədiyi bir futbolçusunu ittiham edib: “Sassuolo”ya qarşı bir futbolçum həvəskar kimi davranaraq, meydanda komandaya xəyanət etdi. Qarşılaşmada iştirak edən 16 oyunçudan 15-dən razı qaldım. Narazı olduğum həmin bir nəfərin adını açıqlamayacağam. Paltardəyişmə otağında ona lazım olan sözləri dedim. Yanvarda özünə klub tapıb gedəcək”.