Kolo Muani top-klubların hədəfində
Randal Kolo Muani bu yay “Ayntraxt”dan ayrıla bilər. 24 yaşlı hücumçu ilə “Bavariya”, “Liverpul” və “Mançester Yunayted” maraqlanır.
Klub forvard üçün 80 milyon avro istəyirdi. Lakin fransalının bu mövsümki uğurlu çıxışı nəticəsində frankurtlular onun qiymətini 100 milyon avroya qaldırıb.