Kolo Muani “Liverpul”un hədəfində
“Liverpul” heyətini gücləndirmək niyyətindədir. Klub PSJ-də çıxış edən Randal Kolo Muanini transfer etmək istəyir.
Onun sözlərinə görə, Mersisayd komandası ilk olaraq 26 yaşlı hücumçunu icarəyə götürmək niyyətindədir. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Fransa millisinin də üzvü olan Randal Kolo Muani cari mövsüm Paris təmsilçisinin heyətində 14 matçda iştirak edib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.