Kolo-Muani “Çelsi”nin hədəfində
“Yuventus”da icarə əsasında çıxış edən Randal Kolo-Muani komandanı tərk etməyə yaxındır. PSJ-nin mərkəz hücumçusu İngiltərə Premyer Liqasının aparıcı klubuna keçə bilər.
Fransalı forvardın xidmətində Londonun “Çelsi” klubu maraqlıdır.
“Mavilər”in nümayəndələri 26 yaşlı futbolçunun potensial transferi ilə bağlı Paris nəhəngi ilə danışıqlara başlayıb.