Koke qərarını verdi

1148801458

Koke qərarını verdi

Koke daha bir mövsüm “Atletiko”nun şərəfini qoruyacaq. Madrid klubu müqavilənin müddəti daha bir mövsüm artırıldığını açıqlayıb.

33 yaşlı futbolçunun “Atletiko” ilə 2026-cı ilin yayına kimi müqaviləsi var. Şərtlərə görə tərəflər hər mövsümün sonunda qarşılıqlı razılıq əsasında müddətin uzadılmasında qərar verirlər.

Qeyd edək ki, Koke oyun sayına görə Madrid klubunda rekordçudur. 2009-cu ildən komandanın formasını geyinən kapitan 681 dəfə meydana çıxıb.

ETOPAZ

Əvvəlki yazı

Millimizin heyətində dəyişiklik

Növbəti yazı

“Araz-Naxçıvan”da yeni müqavilələr