Koke “Atletiko”nun rekordçusu oldu
“Atletiko”nun yarımmüdafiəçisi Koke rekorda imza atıb. O, komandanın heyətində ən çox oyun keçirən futbolçu adına sahib çıxıb.
Onun üçün İspaniya çempionatının 7-ci turunun “Sevilya” ilə oyunu (2:0) madridlilərin heyətində 554-cü olub. Futbolçu Adelardo Rodriqesin rekordunu (553) yeniləyib.