Kokauri 1/8 finala vəsiqə qazandı
Bu gün Paris-2024-ün cüdo yarışlarında fərdi mübarizəyə yekun vurulacaq. Son iki çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Azərbaycan yığmasının Fransa paytaxtındakı sonuncu cüdoçusu da tatamiyə çıxıb. Üçüncü Olimpiadasına yollanan Uşanqi Kokauri medallar uğrunda mübarizə aparır. Təmsilçimiz Paris-2024-ə 1/16 finaldan start verib. O, ilk görüşündə Rafael Silvaya (Braziliya) ipponla qalib gəlib.