Koffinin cəzası yüngülləşdirildi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Yığıncaqda “Neftçi”nin apellyasiya şikayətinə baxılıb.
Müraciət qismən təmin edilib. Azərbaycan Premyer Liqasının II turunun “Səbail” – “Neftçi” oyunu bitdikdən sonra azarkeşlərə kənar əşya atan Ervin Koffinin cəzası yüngülləşdirilib.
2 oyun cəzalanan legionerə tətbiq olunan diskvalifikasiyanın çəkilməmiş hissəsi, yəni 1 matçı şərti xarakter daşıyacaq. Ona 3 ay sınaq müddəti təyin edilib. “Neftçi”nin 2000 manat cərimə edilməsi ilə bağlı qərar dəyişməz qalıb