Kodi klubunu dəyişə bilər
PSV klubunun vingeri Kodi Qakpo bu qış fasiləsində komandasını tərk edə bilər. Niderland klubu 23 yaşlı forvardı heyətində saxlamaq istəyir lakin, cəlbedici təklif qarşılığında onu satmağa hazırdır.
Eyndhoven təmsilçisi futbolçusunun transferi qarşılığında 30 milyon avro istəyir. PSV bu pulla maliyyə problemlərini aradan qaldırmağı düşünür.
Qeyd edək ki, Qakpo cari mövsümün 21 matçında 14 qol və 13 assistə imza atıb.