Klyuvert Premyer Liqa klubuna keçir
“Fulhem” yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir. Premyer Liqa klubu Castin Klyuverti transfer etməyə yaxındır.
Londonlular hücumçunun keçidi ilə bağlı “Roma” ilə danışıqlar aparır. Keçid 8 milyon funt sterlinqə gerçəkləşəcək. Patrik Klyuvertin oğlu ötən mövsüm icarə əsasında “Nitsa”da çıxış edib. O, buradakı 29 matçda 6 qol vurub.