Klyuvert İngiltərə yolunda

Klyuvert İngiltərə yolunda

“Roma”nın hücumçusu Castin Klyuvert karyerasını İngiltərədə davam etdirə bilər. Niderland millisinin üzvü “Vest Hem”in maraq dairəsindədir.

Premyer Liqa təmsilçisi “Vilyarreal”ın forvardı Arno Danyuma ilə bağlı uğursuz danışıqdan sonra ön xətti Klyuvertlə gücləndirmək fikrinə düşüb. Hazırda klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Castin Klyuvert “Roma”ya 2018-ci ildə “Ayaks”dan keçib. 23 yaşlı forvard ötən mövsümü icarə əsasında “Nitsa”da keçirib.

ETOPAZ

Əvvəlki yazı

Kalayçiç “Mançester Yunayted”in hədəfində

Növbəti yazı

“Milan”ın müdafiəçisi Premyer Liqa nəhənginin hədəfində