Klüyvert postunu tərk etdi
Patrik Klüyvert İndoneziya milli komandasının baş məşqçisi vəzifəsindən ayrılıb. Bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.
Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər. Klüyvert İndoneziya yığmasına 2025-ci ilin fevralından rəhbərlik edirdi.
Ötən həftə komanda DÇ-2026-nın seçmə mərhələsində İraq millisinə 0:1 hesabı ilə məğlub olub. Bu nəticədən sonra İndoneziya yığması mundiala vəsiqə qazanmaq şansını itirib.












