Klublarımızın Konfrans Liqasında mümkün rəqibləri

Klublarımızın Konfrans Liqasında mümkün rəqibləri

Bu gün Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq. UEFA püşkdən öncə komandaları qruplara bölüb.

Azərbaycan təmsilçiləri “Sabah”la “Sumqayıt”, həmçinin Avropa Liqasında oynayacaq “Zirə”nin də mümkün rəqiblərinin sayı azalıb.

2-ci qrupda səpələnməmiş olan Sumqayıtın eyniadlı klubunu beş variant gözləyir. “Başakşəhər”, “Hapoel” BŞ, “Omoniya”, “Fehervar” və “Sankt Qallen” təmsilçimizin rəqibləridir.

“Şerif” – “Zirə” cütünün məğlubu 5-ci qrupda səpələnməmişdir. Bu cütdə uduzan komandanı 5 variant gözləyir: “Vaasa” – “Jalgiris” cütünün qalibi, “Riqa”, “Olimpiya”, “Dunayska Ştreda”, “Banik”.

Sonuncu – 9-cu qrupa düşən “Sabah”ın 4 mümkün rəqibi var. Səpələnməmiş olan Bakı təmsilçisi “Makkabi” H, “Astana”, AEK L klubları və ya “Marsakloks” – “Partizani” cütünün qalibi ilə görüşəcək.

ETOPAZ

Əvvəlki yazı

“Zirə”nin potensial rəqibləri dəqiqləşdi

Növbəti yazı

A qrupunda 2-ci tura yekun vurulur