Klublararası dünya çempionatının yeri dəyişdiriləcək
Klublararası dünya çempionatının Yaponiyada keçirilməyəcəyi dəqiqləşib. Bunu Yaponiya Futbol Assosiasiyasının (JFA) mətbuat xidməti açıqlayıb. “Gündoğar ölkə”də koronavirus pandemiyasının yayılması yarışın təşkilini mümkünsüzə çevirib. Bununla bağlı JFA və FİFA arasında müzakirələrdən sonra Yaponiya yarışın ev sahibliyindən imtina edib. Çempionatın harada keçiriləcəyini ilə bağlı qərarı FİFA verəcək.
Xatırladaq ki, mundial dekabrın 9-19-da keçirilməlidir.