Klublararası dünya çempionatı təxirə salınır

Klublararası dünya çempionatı təxirə salınır

FİFA klublararası dünya çempionatını təxirə salmağı planlaşdırır. Buna səbəb koronavirus pandemiyası və bununla bağlı mövcud məhdudiyyətlərdir.

Bu ilin dekabrına planlaşdırılan yarışın gələn ilin əvvəllərində keçiriləcəyi gözlənilir. Məhdudiyyətlər üzündən yarışı qəbul etməli olan Yaponiya təşkilatçılıqdan boyun qaçırıb. Eyni addımı CAR da atıb.

Bu üzdən turnirin bir il əvvəl olduğu kimi yenə ilin sonunda deyil, növbəti ildə təşkili gündəmə gəlib. Çempionata Qətərin ev sahibliyi edəcəyi gözlənilir.

ETOPAZ

Əvvəlki yazı

Radukanudan erkən vida

Növbəti yazı

Luka Yoviç “Real”dan gedir