Klublar futbolçularını Qətərə buraxmır

Klublar futbolçularını Qətərə buraxmır

Fransa prezidenti Emmanuel Makronun DÇ-2022-nin finalı ilə bağlı planı alt-üst ola bilər. Prezident Fransa yığmasının bütün zədəli futbolçularını Argentina ilə final matçına dəvət etmək istəsə də, bəzi klublar buna qarşı çıxıb.

“Yuventus” Pol Poqbanı Qətərə buraxmaq niyyətində deyil. Zədədən sonra uzun müddətdir bərpa prosesi keçən yarımmüdafiəçi məhz buna görə DÇ-2022-dən kənar qalıb. Turinlilər onun qonaq kimi finalda iştirak etməsini istəmir.

Mundialın Avstraliyaya qarşı matçında zədələnən Lukas Ernandesin də finalı canlı izləməsində problem yaranıb. “Bavariya” əməliyyat olunan müdafiəçinin uzaq səfərə çıxmasının əleyhinədir.

Qeyd edək ki, Fransa və Argentina arasında final qarşılaşması dekabrın 18-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Feliks PSJ yolunda

Növbəti yazı

“Bavariya” Sarrla yollarını ayıracaq