Kloppla Qvardiolaya üç rəqib

Kloppla Qvardiolaya üç rəqib

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı məşqçisi adına namizədlər müəyyənləşib. Bunu Premyer Liqanın mətbuat xidməti açıqlayıb.

Mükafata 5 mütəxəssis iddia edir. Bunlar Tomas Frenk (“Brentford”), Pep Qvardiola (“Mançester Siti”), Endi Hau (“Nyukasl”), Yurgen Klopp (“Liverpul”) və Patrik Vieyradır (“Kristal Pelas”).

Qeyd edək ki, mövsümün məşqçisi azarkeşlər və ekspertlər arasında səsvermə ilə müəyyənləşəcək.

ETOPAZ

Əvvəlki yazı

Ardıcıl 12-ci dəfə

Növbəti yazı

La Liqada istefa