Kloppdan yubiley

Kloppdan yubiley

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasında 100-cü oyununu keçirib. İngiltərə klubu bu matçda “Napoli”ni 2:0 hesabı ilə məğlub edib.

Almaniyalı mütəxəssis turnirin tarixinə 100 oyun keçirən 7-ci baş məşqçi olub. O, bu müddətdə 58 qələbə sevinci yaşayıb.

Yalnız Pep Qvardiola ilk 100 görüşdə daha çox qalibiyyət sevinci yaşayıb. İspaniyalının aktivində 100 matçda 61 qələbə olub.

e-Topaz

Əvvəlki yazı

“Reyncers”dən antirekord

Növbəti yazı

“Bavariya”nın Çupo-Motinq planı