Klopp Lippiyə çatdı
“Liverpul” Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə “Vilyarreal”ı məğlub edib – 3:2. İki oyunun nəticəsinə görə 5:2 hesabı ilə üstün olan mersisaydlılar finala vəsiqə qazanıb.
Bu, baş məşqçi Yurgen Klopp üçün əlamətdar olub. Mütəxəssis karyerasında dördüncü dəfə Çempionlar Liqasının finalına yüksəlib. O, “Borussiya Dortmund” ilə 2013, “Liverpul” ilə 2018, 2019 və 2022-ci illərdə buna nail olub.
Almaniyalı çalışdırıcı Marçello Lippinin rekordunu təkrarlayıb. Lippi bunu 2003-cü ildə “Yuventus”la bacarıb. O, Turin təmsilçisi ilə 1996, 1997, 1998 və 2003-cü il finallarının iştirakçısı olub.
Həmçinin, Aleks Ferqyuson (“Mançester Yunayted”, 1999, 2008, 2009 və 2011) və Karlo Ançelotti (“Milan”, 2003, 2005, 2007, “Real”, 2014) də həlledici matçda qüvvələrini eyni sayda sınayıb.