Klopp karyerasını başa vurdu
Yurgen Kloppun taleyinə aydınlıq gəlib. O, məşqçilik karyerasını başa vurub.
Bunu 57 yaşlı mütəxəssisin özü açıqlayıb. Çalışdırıcı karyerası ərzində “Liverpul”a, “Ayntraxt”ın gənclərdən ibarət komandasına, “Maynts” və Dortmund “Borussiya”sına rəhbərlik edib.
Klopp məşqçi kimi 2 dəfə Bundesliqanın, 1 dəfə Almaniya kubokunun qalibi olub. O, İngiltərə Premyer Liqasını, İngiltərə kubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və klublarası dünya çempionatını da qazanıb.