“Klivlend”dən iki antirekord
“Klivlend” mövsümdə ən ağır məğlubiyyətini alıb. Bu, pley-offun 1-ci mərhələsinin 3-cü matçına təsadüf edib.
“Kavalyers” “Nyu-York”a 79:99 hesabı ilə uduzub. Seriyada hesab rəqibin xeyrinə olub – 1:2.
“Klivlend” mövsümdə ilk dəfə 20 xal fərqlə məğlubiyyət alıb. Ohayo təmsilçisi NBA-da cari mövsüm belə yenilgi almayan yeganə komanda idi.
“Kavalyers” həm də mövsümün antirekorduna imza atıb. Klivlend klubu 80-dən az xal toplayan ilk komanda olub.