“Klivlend”dən baş məşqçi qərarı
“Klivlend”in yeni mövsüm üçün baş məşqçisi müəyyənləşib. NBA təmsilçisi Cey Bi Bikerstaffı postunda saxlayıb.
Klub rəhbərliyi dəyişikliyə ehtiyac duymayıb. Komanda pley-offun birinci mərhələsində mübarizəni dayandırsa da, mütəxəssis daha bir mövsüm “Kavalyers”ə rəhbərlik edəcək.