“Klivlend”də itki
“Klivlend” itki ilə üzləşib. Hücumçu Evan Mobli zədələnib.
O, 1-2 həftə meydanlardan kənar qalacaq. Mobli məşq zamanı xəsarət alıb.
Onun mövsümöncəsi görüşlərlə yanaşı çempionatın startını buraxması da istisna deyil. “Kavalyers” ilk matçını oktyabrın 19-da “Toronto”ya qarşı keçirəcək.
Qeyd edək ki, Evan ötən mövsüm orta hesabla 15,0 xal, 8,3 ribaund və 1,7 blok-şota imza atıb.