“Klivlend” svinqmen axtarışında

“Klivlend” svinqmen axtarışında

“Klivlend” heyətini gücləndirməyə qərar verib. Klub rəhbərliyi svinqmen almaq niyyətindədir.

“Kavalyers” bunun üçün oyunçu dəyişikliklərindən yararlanmağı planlaşdırır. Hazırda Ayzek Okoro, Lamar Stivens, Karis Levert və Cedi Osman bu mövqedə bir-birini əvəzləyir.

Yaxın günlərdə Rikki Rubio və Din Ueyd də heyətə qayıdacaq. Onlar zədədən sonra bərpa olub. Lakin “Klivlend” bununla kifayətlənməyərək yeni oyunçuya da ehtiyac duyur.

ETOPAZ

Əvvəlki yazı

Suarez yeni klubunda

Növbəti yazı

Derbidə seriya qırıldı