“Klippers”dən yeni rekord
“Klippers” klub tarixinin rekorduna imza atıb. Los-Anceles təmsilçisi müntəzəm çempionat oyununda topladığı xal sayında rekord vurub.
Kaliforniyalılar buna “Milioki” ilə matçda nail olub. “Klippers” bu görüşdə 153 xal toplayıb – 153:119.
Klubun mütləq rekordu pley-offda qeydə alınıb. 2020-ci ildə “Dallas”la qarşılaşmada 154 xal yığıb.