“Klippers”də ciddi itki
“Klippers” ciddi itki ilə üzləşib. Komandanın ulduz hücumçusu Kavay Lenard pley-offun birinci mərhələsinin 4-cü oyununu buraxacaq.
O, sağ diz bağlarının dartılmasından əziyyət çəkir. Onun komandası seriyada 1:2 hesabı ilə geridədir.
Seriyanın ikinci görüşündə xəsarət alan Kavay üçüncü dueldə də iştirak edə bilməyib.