“Klippers” sindromu qırdı
NBA-da müntəzəm çempionatın növbəti oyunları keçirilib. “Klippers” “Hyuston”la qarşılaşıb.
Los-Anceles klubu 106:100 hesabı ilə qələbə qazanıb. Kavay Lenard 26 xalla görüşün ən məhsuldar oyunçusu olub.
“Klippers” mövsümün 11-ci matçında 4-cü qələbəsini bayram edib. Ardıcıl 6 məğlubiyyət alan komanda bu qələbə ilə sindromu qırıb.