Kimpembe PSJ-də qaldı
PSJ daha bir futbolçusu ilə müqaviləni uzadıb. Fransa klubu Presnel Kimpembe ilə anlaşmanı yeniləyib.
Yeni anlaşma 2026-cı ilin yayına qədər nəzərdə tutulub. O, 2005-ci ildən PSJ-nin müxtəlif yaş qrupları üzrə komandalardadır. O, ilk müqaviləsini isə 2015-ci ildə imzalayıb.