Kimpembe ayrılmaq niyyətində
Presnel Kimpembe PSJ-ni tərk edəcək. Bu qərarı Fransa millisinin 27 yaşlı müdafiəçisinin özü verib.
O, yay fasiləsində Liqa1-dən ayrılacaq. Presnel özünü digər çempionatlarda sınamaq istəyir.
Onun müqaviləsi 2024-cü ildə başa çatacaq. Futbolçu cari mövsümün sonunda satılmasını xahiş edib.