Kimpembe “Atletiko”nun hədəfində
PSJ-nin futbolçusu Presnel Kimpembe komandadan ayrıla bilər. O, “Atletiko”nun transfer hədəfinə çevrilib.
İspaniya klubu 27 yaşlı mərkəz müdafiəçisini yayda heyətinə qatmaq istəyir. Madridlilər onun transferi üçün 25 milyon avro ödəməyi planlaşdırır. Kimpembenin Fransa təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.