Kimmix “Mançester Siti”nin hədəfində
“Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmix komandanı tərk etməyə yaxındır. O, “Mançester Siti”yə keçə bilər.
Futbolçunun Münhen klubu ilə müqaviləsi yayda bitəcək. “Pivəçilər”lə yeni razılaşma əldə etməyən 29 yaşlı futbolçu digər variantları nəzərdən keçirir. Kimmixlə “Mançester Yunayted” və “Barselona”nın da maraqlandığı bildirilir.
Qeyd edək ki, 2015-ci ildən “Bavariya”da çıxış edən Coşua qaydalara görə, yanvarın 1-dən rəsmi danışıqlara start verə bilər. O, bu mövsümdə 14 oyunda 3 ötürmə ilə yadda qalıb.