Kimmix Almaniyada qalacaq
“Bavariya” yarımmüdafiəçisi Coşua Kimmixlə bağlı qərarını verib. Klub onu komandada saxlamaq istəyir.
Münhenlilər futbolçu ilə müqaviləni uzatmaq üçün danışıqlar aparır. Bundesliqa təmsilçisi 29 yaşlı almaniyalıya 3 illik sözləşmə təklif etməyə hazırdır.
Qeyd edək ki, Kimmix 2015-ci ilin iyulundan “Bavariya”da çıxış edir.