Kilian Mbappe: “Sabah oynamaq istəyirəm”

Kilian Mbappe: “Sabah oynamaq istəyirəm”

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti matçını keçirəcək. Komandamız səfərdə Fransa yığması ilə qarşılaşacaq.

Oyundan öncə meydan sahiblərinin ulduz futbolçusu Kilian Mbappe mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:

“Azərbaycanla qarşılaşmada meydanda olmaq istəyirəm. Sabah oynamaq istəyirəm, məşqçi də mənim oynamağımı istəyir. Düşünürəm ki, ciddi bir problem olmayacaq. Bu gün komanda ilə məşq edəcəm, bu, son sınaq olacaq. Amma xüsusi bir narahatlığım yoxdur və dünya çempionatına doğru yoluma davam etməyi planlaşdırıram”.

Qeyd edək ki, Fransa – Azərbaycan görüşü oktyabrın 10-da “Park de Prens” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Didye Deşam: “Onların itirəcəyi heç nə yoxdur”

Növbəti yazı

Millimizdən heç-heçə