Keyta İtaliya nəhənginin hədəfində
“Liverpul”un futbolçusu Nabi Keyta komandadan ayrılmağa yaxındır. O, karyerasını İtaliyada davam etdirə bilər.
Yarımmüdafiəçi “Milan”ın maraq dairəsindədir. A seriyası təmsilçisi onu yayda ələ keçirmək istəyir. Həmin vaxt Keyta azad agent statusuna malik olacaq.