Keyndən xüsusi uğur
“Bavariya”nın hücumçusu Harri Keyn daha bir uğura imza atıb. O, Bundesliqanın tarixində het-trik edən ən yaxşı beş oyunçu arasında yer alıb.
Almaniya çempionatının 13-cü turunda, Münhen komandasının “Ştutqart”ı 5:0 hesabı ilə məğlub etdiyi oyunda o, 66, 82 və 88-ci dəqiqələrdə qol vurub. Bu, Keynin Almaniya Bundesliqasında 10-cu het-triki olub.
Bundesliqanın tarixində yalnız Gerd Müller (32), Robert Levandovski (16), Klaus Fişer (12) və Yupp Heynkes (11) daha çox het-trik edib.













