Keyndən növbəti uğur

Keyndən növbəti uğur

Harri Keyn Bundesliqada ötən ayın ən yaxşı futbolçusu seçilib. “Bavariya”nın hücumçusu dekabr ayının yekunlarına əsasən bu mükafata layiq görülüb.

Səsvermədə o, komanda yoldaşları Maykl Olise və Yozip Stanişiçi, həmçinin Patrik Vimmeri (“Volfsburq”), Yan Diomande və Kristofer Baumqartneri (hər ikisi “Leyptsiq”) qabaqlayıb.

Qeyd edək ki, dekabr ayında Keyn Almaniya çempionatı çərçivəsində 3 matçda iştirak edib və 5 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Fransalı yarımmüdafiəçi rəsmən “Fənərbaxça”da

Növbəti yazı

“Qəbələ”də ayrılıq