Keyndən növbəti rekord

Keyndən növbəti rekord

“Bavariya”nın futbolçusu Harri Keyn rekorda imza atıb. O, bunu Bundesliqanın XI turunda bacarıb.

Hücumçu “Auqsburq”la matçda het-trik müəllifi olub. Bununla da, ingiltərəli Almaniya çempionatında vurduğu qolların sayını 50-yə yüksəldib.

Forvard bu göstəriciyə 43 oyunda çatıb. O, Erlinq Haalandı geridə qoyub və yeni rekorda imza atıb. “Mançester Siti”nin ulduzu Bundesliqada 50 qol həddinə 50 matça çatmışdı. 

ETOPAZ

Əvvəlki yazı

Lukman “Real” və “Mançester Yunayted”in hədəfində

Növbəti yazı

Kovaçiç sıradan çıxdı