Keyndən növbəti rekord
Harri Keyn daha bir uğura imza atıb. Hücumçu Bundesliqada ən çox qol vuran ingiltərəli futbolçu adına sahib çıxıb.
“Bavariya”nın forvardı buna Almaniya çempionatının 4-cü turunun “Verder”lə matçında (5:0) nail olub. Həmin oyunda vurduğu qol Keynin Bundesliqada 41-ci topu kimi tarixə düşüb. Bununla da o, Ceydon Sançonu geridə qoyub.