Keyndən daha iki rekord
“Bavariya” Bundesliqanın 12-ci turunda “Köln”ə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolun müəllifi olan Harri Keyn iki rekorda imza atıb.
O, startdakı 12 matçda 18-ci dəfə fərqlənib. Keyn Bundesliqa tarixində bu müddətdə ən çox qol vuran futbolçudur.
O, həm də Bundesliqada bir mövsümdəki qol sayında İngiltərə rekordunu qırıb. Kevin Kiqan 1978/79, Ceydon Sanço 2019/20 mövsümündə 17 qola imza atıb.
30 yaşlı ingiltərəli 2023-cü ildə 49-cu dəfə rəqib qapısına yol tapıb. O, hərəyə 48 qola sevinən Erlinq Haland və Kriştiano Ronaldonu keçib.