Keyndən daha bir rekord
Harri Keyn daha bir rekorda imza atıb. “Bavariya”nın 30 yaşlı hücumçusu bundesliqada ilk 14 matçında 20 qol vurub.
İngiltərə millisinin kapitanı çempionatın 15-ci turunun “Ştutqart”la görüşündə (3:0) dubla imza atıb. 20 qol səddinə 14 matçda çatmaq Bundesliqa tarixində ən yaxşı nəticədir. Uve Zeeler 21 matçda 20, Erlinq Haland isə 22 oyunda bu qədər qol vurub vurub.