Keyn Şiltonu geridə qoydu

Keyn Şiltonu geridə qoydu

Harri Keyn daha bir uğura imza atıb. O, İngiltərə yığmasının heyətində rəsmi oyunlarda rekordçu olub.

Forvard millinin heyətində 79-cu dəfə rəsmi matçda meydana çıxıb. Keyn AVRO-2024-ün 1/8 finalında Slovakiyaya qarşı qarşılaşmada yeni rekorda imza atıb. Harri bu göstəricidə qapıçı Peter Şiltonu arxada qoyub. Amma Şilton yığmadakı ümumi oyun sayında liderliyi əlində saxlayıb. O, 125 dəfə ölkə millisinin formasını geyinib.

ETOPAZ

Əvvəlki yazı

Rakitiç vətəninə qayıdır

Növbəti yazı

İngiltərə İsveçrəyə rəqib oldu