Keyn Salahın göstəricisini təkrarladı
Premyer Liqada 36-cı turun matçları keçirilir. “Aston Villa” “Tottenhem”i 2:1 hesabı ilə məğlub edib.
“Spurs”un yeganə qolunun müəllifi 90-cı dəqiqədə penaltini qola çevirən Herri Keyn olub. Bununla da, hücumçu mövsümdə 24 matçda qol vurub. İngiltərəli Premyer Liqa rekordunu təkrarlayıb. 38 oyundan ibarət bir mövsüm ərzində eyni sayda matçda yalnız “Liverpul”un forvardı Məhəmməd Salah qol vurub.