Keyn “Real”a keçidə razılıq verdi
“Tottenhem”in futbolçusu Harri Keyn “Real”a keçməyə razılıq verib. İngiltərəli hücumçunun İspaniya klubuna keçidinin yaxın müddətdə reallaşacağı gözlənilir.
Bunun üçün iki klub arasında razılıq əldə olunmalıdır. London təmsilçisi hücumçu üçün 80 milyon avro tələb edir. Bu qiymət “Real”ı da qane edir.
İngiltərə təmsilçisi gələn yay müqaviləsi başa çatacaq Keyni havayı əldən verməmək üçün satmağa razılaşacaq. Üstəlik, “Tottenhem” onun Premyer Liqa klublarına satılmasını istəmədiyindən “Real”la anlaşmaq niyyətindədir.