Keyn Peleni geridə qoydu

Keyn Peleni geridə qoydu

İngiltərə millisi DÇ-2026-nın seçmə mərhələsində Albaniyanı məğlub edib – 2:0. Komandanın qollarını Harri Keyn vurub.

32 yaşlı hücumçu bununla da yığmadakı qollarının sayını 78-ə çatdırıb. O, dünyada millidə ən çox qol vuranların siyahısında 12-cidir.

77 qolu olan mərhum futbolçu Peleni qabaqlayan Keyn iranlı Hüseyn Said ilə 12-ci sıraya şərikdir.

Milli formada ən çox qol vuran isə Kriştiano Ronaldodur. O, Portuqaliya yığmasıyla 143 qola imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Sergen Yalçın əməliyyat olundu

Növbəti yazı

UEFA İnkişaf Turnirində iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli oldu