Keyn “Mançester Yunayted”i istəyir
“Tottenhem”in hücumçusu Harri Keyn gələcəyi ilə bağlı qərarını açıqlayıb. 29 yaşlı futbolçu karyerasını “Mançester Yunayted”də davam etdirmək istəyir.
O bildirib ki, İngiltərədən kənarda oynamaq niyyətində deyil. Premyer Liqada qalmaq istəyən İngiltərə millisinin üzvü “qırmızı şeytanlar”ın formasını geyinmək arzusundadır. London klubu mövsümlərarası fasilədə Keyni satmasa, hücumçu müqaviləsini yeniləməyəcək. Onun anlaşması 2024-cü ilin yayında bitəcək.