Keyn Droqbanı geridə qoydu

Keyn Droqbanı geridə qoydu

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının bombardirləri tarixində 17-ci pilləyə yüksəlib. İngiltərə millisinin forvardı turnirdəki 45-ci qolunu “Brügge”yə (4:0) qarşı oyunda vurub.

Bununla da o, əfsanəvi Didye Droqbanı (44 qol) arxada qoyub.

Keyn bu nəticəni cəmi 60 oyunda əldə edib. Müqayisə üçün bildirək ki, Droqba 44 qolu vurmaq üçün 92 matç keçirmişdi.

Qeyd edək ki, hazırda Çempionlar Liqasının bütün dövrlər üzrə bombardiri Kriştianu Ronaldudur – onun hesabında 140 qol var.

ETOPAZ

Əvvəlki yazı

“Sumqayıt”da ayrılıq

Növbəti yazı

Günün kuponu – 24.10.2025