Keyn “Bavariya”ya keçməyə qarşı deyil
“Tottenhem”in hücumçusu Harri Keyn gələn yay komandasını dəyişə bilər. O, “Bavariya”ya keçməyə qarşı deyil.
Münhen klubu və ingiltərəli hücumçu artıq müqavilə razılaşması ilə bağlı müzakirələrə başlayıb. Keyn almaniyalılar üçün əsas transfer hədəfidir.